Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kartdan-karta pul köçürmələrinə limit qoyulması məsələsinə aydınlıq gətirilib.
Tezadlar.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur.
Qeyd olunur ki, sözügedən yanaşma hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və istifadəçilərin gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər.
Xezerxeber mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.