Əsas məzmuna keç

Pentaqon dron istehsalını artırmaq üçün avtomobil istehsalçıları ilə danışıqlar aparır – WSJ

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) aparıcı avtomobil istehsalçıları ilə pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmaq üçün danışıqlar apardığı bildirilir.

Tezadlar.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin məsələyə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Pentaqon azalan pilotsuz sistem ehtiyatını artırmaq üçün ABŞ avtomobil istehsalçılarına müraciət edib.

Mənbələr iddia edir ki, Departament PUA istehsalını artırmaq üçün General Motors da daxil olmaqla bir neçə aparıcı avtomobil istehsalçısı ilə əlaqə saxlayıb.

Hələlik heç bir razılaşmanın əldə olunmadığını bildirən mənbələr Tramp administrasiyasının rəsmilərinin indiyə qədər avtomobil sənayesi rəhbərlərindən “qarışıq cavablar” aldığını iddia ediblər.

Mənbələr həmçinin razılaşma əldə olunarsa, avtomobil şirkətlərinin PUA istehsalçılarına hissələr tədarük edəcəyini irəli sürüblər.

ELBAR   

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…