Əsas məzmuna keç

“Birdən maşın dayanır, içərisindən bir neçə nəfər düşüb deyir ki, jurnalistik, gəlmişik!”

Hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində xırda tikinti işlərində iş icraçısı kimi çalışıram. Nə edək, dolanışıq üçün bu da bir işdir. Amma sözüm bu deyil, gələk mətləbə.
Bir də görürsən ki, bir maşın dayanır, içərisindən bir neçə nəfər düşüb deyir ki, jurnalistik, gəlmişik!
Mən də nəzakətlə buyurun deyirəm, çox gözəl, xoş gəlmisiniz,səfa gətirmisiz, çayımızdan için, çörəymizdən yeyin. Amma əvvəlcə özünüzü təqdim edin, hansı media qurumunu təmsil edirsiniz?
Elə bu sualı verən kimi başlayır sifətlərdə dəyişiklik. Biri filan TV-dən, o biri flan saytdan, biri filan kanaldan, digəri də hansısa TikTok səhifəsindən olduğunu deyir. Yəni yığışıb bir yerdə gəlmişik. Ay xanımlar, ay qardaşlar, bu nə jurnalistikadır belə?
Belə çıxır ki, sabah bir nəfər əlində tərəzi bazara girib özünü hakim, əlində çəkic tikintiyə gəlib özünü mühəndis elan edə bilər.
Vallah, ayıbdır, billah ayıbdır! Əsl qələm sahiblərinin adını, peşəsini belə ucuzlaşdırmayın.
Məni məcbur etməyin ki, səhərdən axşamacan küçələrdə tikinti axtaran “çayxana zurnalistlərini” adbaad yazım.
Arzuman Nəbiyev,
Jurnalist
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…