Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyaya idxala qoyulan məhdudiyyətlər səbəbindən Ermənistan albalı ixracından əldə etdiyi gəlirin 99,3%-ni itirmək təhlükəsi ilə üzləşir.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
2025-ci ilin may ayından iyul ayına qədər Ermənistanın albalı satışından əldə etdiyi ümumi gəlir 4,3 milyon dollar təşkil edib.
Ölkə Rusiyaya ixracdan 4,2 milyon dollar qazanıb.
Gürcüstan və Belarusa idxal müvafiq olaraq 18.700 və 10.300 dollar təşkil edib.
“Rosselxoznadzor” tərəfindən AİB ölkələrinə idxal və tranzitlə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər fitosanitar tələblərin pozulması səbəbindən 2025-ci ilin iyun ayının əvvəlində elan edildikdən sonra, 2 iyun 2026-cı ildə qüvvəyə minib.
Qadağa albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və təzə üzümə şamil edilir.
Qeyd edək ki, 2025-ci ildə Ermənistandan Rusiyaya çəyirdəkli meyvə daşınması 22,9 milyon dollar dəyərində 12,200 ton təşkil edib ki, bu da Rusiyanın ümumi idxalının təxminən 2-3%-ni təşkil edir.
JASMİN