Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Avqust 2026 / 14:12

“Azərbaycan Xankəndi yaxınlığında strateji obyek tikib…”- QULYAN

Ermənilər reallıqla barışmaq yolu tutub, bu təbii ki, “dəmir yumruğun” təsirindən və müalicəvi əhəmiyyətindəndir. Belə ki, Ermənistan sosial şəbəkə istifadəçisi Alen Qulyan Azərbaycanın Qarabağda gördüyü daha bir strateji işdən bəhs edib. Yazır: “Nəhayət, Azərbaycan tərəfi Xankəndi yaxınlığındakı əsas strateji yüksəkliklərdən biri olan və dəniz səviyyəsindən 1596 metr yüksəklikdə yerləşən Böyükxan dağında yeni radio-televiziya qülləsinin tikintisini başa çatdırır. Qüllə vaxtilə mövcud olmuş rabitə qüllələrinin yerində inşa edilir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, mühəndis qurğusunun hündürlüyü 128 metrdir. Aydındır ki, obyekt mülki rabitə və televiziya-radio yayımı ilə yanaşı, birbaşa ikili təyinat daşıyır və hərbi-strateji məqsədlər üçün fəal şəkildə istifadə olunacaq. Buraya radioelektron kəşfiyyat, radioelektron mübarizə, dağlıq relyef şəraitində siqnalların retranslyasiyası və rabitənin təmin edilməsi, eləcə də digər hərbi funksiyalar daxildir”.
Ay səni şadxəbər olasan, Qulyan (görünür “Gülyan”dır), erməniləri çox sevindirmisən… Hələ belə sevindirici xəbərlər çox olacaq. Məsələn, eşitdiyimizə görə, Koçaryanla Sarkisyan üçün Xocalının girəcəyində iki dənə əla təmirli, qan rəngli Dar ağacı da quraşdırılacaq…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!