5 Avqust 2026 / 07:40

NATO-ya üzvlük vədləri ilə Gürcüstanla Ukraynanı aldadıblar?

“Artıq məlumdur ki, NATO rəhbərliyi illərdir həm Gürcüstanı, həm də Ukraynanı aldadıb, əslində heç bir planları olmadığı halda, onları alyansa qəbul edəcəklərinə söz veriblər”. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki,  Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlaması zamanı belə bir bəyanatla çıxış edib. Sitat:  “Bütün bu illər ərzində Gürcüstan və Ukrayna kimi ölkələrə NATO-nun qapılarının açıq olduğu deyildi. Lakin əslində hamımız başa düşürük ki, yaranmış reallıq tam başqadır. Artıq onlar özləri də bunu gizlətmirlər və açıq şəkildə belə bəyanatlar verirlər ki, bu, faktiki olaraq mümkün deyil və istisna olunur”.

NATO rəhbərliyinin bu barədə şərhi hələki yoxdur.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!