Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdam Sənaye Parkında 2026-cı ilin 6 ayı ərzində 976 milyon manat dəyərində məhsul satışı həyata keçirilib.
Bu barədə Tezadlar.az İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Rezidentlərinin sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Artıq investorlar tərəfindən Sənaye Parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisənin isə layihələndirilməsi işləri görülür.
Ağdam Sənaye Parkının ərazisinin 60 faizədək hissəsi sahibkarların istifadəsinə verilib. 2026-cı ilin 6 ayı ərzində sahibkarlar tərəfindən 976 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. Bunun da, 42 milyon manatlıq hissəsi ixrac olunub.