5 Avqust 2026 / 12:05

Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb!

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə son hücumunda 17 nəfərin öldüyünü, daha 44 nəfərin yaralandığını bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti öz “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Rusiya qoşunları paytaxt Kiyev şəhərinə və Kiyev vilayətinə 24 ballistik raket, dörd “Zirkon/Oniks” raketi və 115 pilotsuz təyyarə buraxıb ki, onların da böyük hissəsi reaktivdir. Zelenski qeyd edib ki, hücumun əsas hədəfi mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmir yolu stansiyası olub. Ukrayna Prezidenti əlavə edib ki, raketdən müdafiə sistemlərinə dəstək verilməsi insan ölümlərinin qarşısını ala bilər. Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsinin hələ də sanksiyalar altında olmadığını bildirən Zelenski Böyük yeddiliyi, Avropa İttifaqını yeni addımlar atmağa çağırıb.

Zelenski bu gecə Moskvanın oda qalanacağını da bildirib.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!