5 Avqust 2026 / 23:30

Ceki Çan İçərişəhərdə görüntüləndi

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.

Tezadlar.az-ın məlumatına görə, aktyor ötən gündən Bakıdadır. Ceki Çan bu gün İçərişəhərdə görüntülənib. Onun çəkiliş prosesindən görüntüləri “Azərtac” yayımlayıb.

Bildirilib ki, filmin bəzi səhnələri Qız qalasının ətrafında lentə alınır. Ceki Çanın Bakıda təxminən 10 gün qalacağı gözlənilir.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!