Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy İzmirin Alaçatı bölgəsində səhnəyə çıxacağı məkana gedərkən xoşagəlməz hadisə ilə üzləşib.
Tezadlar.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni mühafizəçilərin müşayiəti ilə hərəkət edərkən ətrafdakı şəxslər onu mobil telefonla lentə alıblar.
Həmin vaxt videonu çəkən şəxslərdən birinin “Bülent Ersoya bax, canavara oxşayır” deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülər qısa müddətdə müxtəlif platformalarda yayılıb. Bir çox sosial media istifadəçisi həmin ifadəni təhqiramiz və hörmətsiz hesab edərək buna etiraz edib.
Qeyd edək ki, müğənni isə yayılan görüntülərlə bağlı hələlik heç bir açıqlama verməyib.