Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Prokurorluğu hədə-qorxu ilə tələb etmə, eləcə də yetkinlik yaşına çatmayan şəxsin görüntüsünün yer aldığı pornoqrafik materialın hazırlanması, saxlanılması və yayılması faktları üzrə bir nəfərə ittiham irəli sürüb. Tezadlar.az xəbər verir ki, Prokurorluğun yaydığı məlumata görə, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsin görüntüsünün yer aldığı pornoqrafik material hazırlayaraq mobil telefonunda saxlayıb və daha sonra həmin materialı sosial şəbəkələrdə, o cümlədən yaratdığı “Instagram” səhifəsində yayıb. Bundan əlavə, təqsirləndirilən şəxsin zərərçəkənin ailəsindən 10 min lari tələb etdiyi bildirilir. Təqsirləndirilən şəxs pul verilmədiyi təqdirdə müxtəlif şəxslərin həyatına son qoymaqla, həmçinin zərərçəkənin nüfuzuna xələl gətirən, təhqiramiz və ləyaqətini alçaldan məlumatları yenidən yaymaqla hədələyib. Saxlanılan şəxsə Cinayət Məcəlləsinin 181-ci maddəsinin birinci hissəsi və 255-ci maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri ilə ittiham irəli sürülüb.
İttihamlar hədə-qorxu ilə tələb etmə, əmlak mənfəəti tələb etmə, zərərçəkənin və ya onun yaxın qohumunun barəsində nüfuzdan salan məlumatların yayılması ilə hədələmə, həmçinin yetkinlik yaşına çatmayan şəxsin görüntüsünün yer aldığı pornoqrafik materialın bilərəkdən saxlanılması, əldə edilməsi, hazırlanması və yayılmasını əhatə edir. Bu əməllərə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Təəssüflər olsun, Azərbaycanda da belə dələduzlara rast gəlinir və cəzalarını da alırlar.
SƏBUHİ