Ötən gün Nvidia şirkətinin səhmləri Huangın qayıdışı xəbərindən sonra 30%-dən çox bahalaşıb.
ABŞ prezidenti Donald Trampın Nvidia şirkətindəki payı Jensen Huangın baş direktor vəzifəsinə qayıtması səbəbindən 15 milyon dollara qədər arta bilərdi.
Bu barədə Financial Times qəzeti prezidentin maliyyə açıqlamalarına istinadən məlumat yayıb.
ABŞ prezidentinin gəlir açıqlamalarına görə, 30 sentyabr tarixinə qədər onun 370.000 Nvidia səhminə qədər payı ola bilər.
Tramp CNBC-yə Jensen Huangın qayıdışında iştirakı barədə danışıb: “Və mən onları inandırdım… Mən razılığa gəldim.”
Nvidia-nın direktorlar şurası ABŞ hökumətinin ən yüksək eşelonlarından məlumat aldığını və buna əsaslanaraq baş direktorun qayıdışının milli maraqlar üçün təhlükəsiz olduğunu düşündüyünü bildirib.
Ağ Ev FT-nin şərh tələbinə cavab verməyib.
Xatırladaq ki, Jensen Huang, Çin casusu olduğu iddia edilən şəxslə də daxil olmaqla, nikahdankənar münasibətlər barədə xəbərlərdən sonra istefa verib.
Qalmaqal Nvidia səhmlərinin kəskin şəkildə düşməsinə səbəb olub. FT hesablamalarına görə, maksimum payla Donald Trampın səhm qiymətinin düşməsindən itkiləri 42 milyon dollar təşkil edərdi.
JASMİN







