Əsas məzmuna keç

İranda hərbi kazarmanın yaxınlığında partlayış baş verib

İranın Sistan və Bəlucistan əyalətində hərbi kazarmanın yaxınlığında partlayış baş verdiyi bildirilir.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, partlayış Sistan və Bəluçistan əyalətinin şimalındakı Zehek şəhərindəki kazarmaların yaxınlığında baş verib.

Məlumatda bildirilir ki, partlayışa səbəb əldəqayırma partlayıcı qurğunun partlaması olub, lakin hücum hərbi personala sui-qəsd məqsədi ilə həyata keçirilib.

Məlumatda həmçinin qeyd olunur ki, hücum nəticəsində ərazidəki nəqliyyat vasitəsinə ziyan dəyib.

ELBAR  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…