Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Kərimov uzun sürən ağır xəstəlikdən vəfat edib.
Tezadlar.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rəhman Rauf oğlu Kərimov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
DSX rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.







