Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2026 / 16:46

Ukrayna öz ballistik raketlərini hazırlayır

Ukrayna öz ballistik raketlərini hazırlamaq üzərində işləyir. Ölkə rəhbərliyinin sözlərinə görə, keçirilən sınaqlar layihənin böyük potensiala malik olduğunu göstərib. Tezadlar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və tərəfdaşları birgə Avropa antiballistik sistemi olan FREYJA üzərində çalışırlar. Onun sözlərinə görə, hazırda artıq 10 ölkə bu proqrama qoşulub.

Zelenskinin sözlərinə görə, Ukrayna öz raketlərini və buraxılış qurğularını istehsal edə bilər, tərəfdaş ölkələr isə radarlar, sensorlar və digər vacib komponentlərlə təminat göstərəcəklər: “Ukrayna öz raketini və buraxılış qurğusunu istehsal edə bilər, tərəfdaşlarımız isə bizə lazım olan komponentləri və kritik elementləri – radarları, sensorları və zəruri olan hər şeyi təqdim edəcəklər“, – deyə Zelenski bildirib. Ukrayna Prezidenti qeyd edib ki, ölkə öz antiballistik sistemlərini yaradan azsaylı dövlətlər sırasına mümkün qədər tez qoşulmağa çalışır. Onun sözlərinə görə, konkret nəticələrin 2026–2027-ci illərdə əldə edilməsi planlaşdırılır. Zelenski vurğulayıb ki, hazırda Ukraynanın qarşısında duran əsas çağırışlardan biri Rusiyanın raket hücumlarıdır. O, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin təqdim edilməsi üçün siyasi qərarların qəbul edilməsinin vacibliyini qeyd edib və ABŞ, Avropa ölkələri və “Böyük yeddilik” ölkələri ilə yeni razılaşmaların əldə olunmasına çağırıb. Zelenskinin sözlərinə görə, Rusiyanın hərbi sənayesinin qlobal bazarlara çıxışının məhdudlaşdırılması da vacibdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!