9 Avqust 2026 / 10:11

Dilimiz əldən gedir, ona sahib çıxmalıyıq!

Professor Aida Qasımova dilimizlə bağlı ciddi status paylaşıb. Sitat: “Dünən bulvarda yaxınlıqda əyləşmiş iki qızı Türkiyə vətəndaşı zənn etdim, yəni tam “dizi dili”ndə danışırdılar. Sonra qulağıma “uje”, “vapşe”, “ladno” kimi sözlər çatdıqda başa düşdüm ki, azərbaycanlıdırlar. Dostlar, dilimiz pis günə düşməkdədir… Nə edək?
1) Məncə, güclü bədii ədəbiyyata ehtiyac var. Gənclərin oxuyub bir-birinə ötürəcəyi kitablara. Bizim dövrümüzdə olduğu kimi.
2) Türk serialları ilə rəqabətə girəcək güclü seriallar lazımdır. Dövlət, deyəsən, nə vaxtsa bu işə milyonlar ayırmışdı. O pulların haqq-hesabı niyə çəkilmir ki?..
3) Mirşahin dediyi kimi, yerli kanallara baxmaq lazımdır, amma əvvəl verilişlər lazımi səviyyəyə düşməlidir.
Çətin bir vəziyyətdir”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!