10 Avqust 2026 / 07:54

Tramp İranın iqtisadi baxımdan çox pis vəziyyətdə olduğunu deyib…

ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin pisləşdiyini və Tehranla nəticədə razılaşmanın əldə olunacağını bildirib. Tezadlar.az CNN- nin canlı efirinə istinadl axatırladır ki, Tramp bu barədə müsahibəsində deyib. “Biz səssiz şəkildə hərəkət edirik”, – deyə Tramp İranla bağlı atılacaq növbəti addımlardan danışarkən bildirib. ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton Tehranla yalnız qismən danışıqlar aparır və İranın yüksək inflyasiya və maliyyə çatışmazlığı ilə üzləşdiyini iddia edib. Tramp İranın iqtisadi baxımdan “çox pis vəziyyətdə” olduğunu bildirib. Onun fikrincə, bu vəziyyətə səbəb olan amillərdən biri də ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasıdır. “Bütün bunlar nəticə verəcək. Hər şey həmişə nəticə verir. Bu, şahmat oyunu kimidir”, – deyə ABŞ Prezidenti İranla razılaşmanın əldə olunması perspektivini şərh edib.

İran prezidenti isə bu arada müharibə dövründə humanitar dəstəyinə görə Azərbaycana minnətdarlığını çatdırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!