Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 08:59

Əkrəm İmamoğlu CHP-dən istefa verdi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu partiyadan istefa etdiyini açıqlayıb. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, hazırda həbsdə olan İmamoğlu 17 illik CHP üzvlüyünə son qoyduğunu Prezidentliyə Namizədlik Ofisinin sosial media hesabında yayılan açıqlama ilə bildirib.

O, qərarı ilə Türkiyənin gələcəyinə və xalq qarşısında daşıdığı məsuliyyətə dair inandığı dəyərlərlə bağlı olduğunu qeyd edib. İmamoğlu açıqlamasında Türkiyənin daha güclü, demokratik və ümidverici gələcəyini birlikdə qurmaq üçün “yeni bir yol” açdıqlarını bildirib. İstefa İmamoğlunun CHP-dən ayrılaraq yeni siyasi quruma keçəcəyi ilə bağlı müzakirələrin fonunda baş verib.

Qeyd edək ki, İmamoğlu 2025-ci ilin martında İstanbul Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb və hazırda Silivri həbsxanasında saxlanılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!