Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 14:04

Ermənistan Aİİ-də Rusiya ilə bu münasibətlərə razı deyil”

“Ermənistan hökuməti ölkənin dəmir yollarının Rusiyanın konsessiyasında olması məsələsini qarşılıqlı maraqları nəzərə almaqla həll etmək istəyir”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib. Sitat: “Biz dəmir yolları məsələsinin dostcasına həll olunmasını istəyirik və kəskin qərarlar qəbul etmək istəmirik. Bir-birimizin maraqlarını anlamalı və güzəştə getməliyik”, – o deyib.

Onun sözlərinə görə, məsələnin bir neçə həll variantı var, onlardan biri də Rusiya konsessiyasının tam və ya qismən satılmasıdır. Baş nazir bildirib ki, problem Rusiya konsessiyasının özündə deyil, Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya olunmaq üçün tarixi imkanı əldən verə bilməsi riskindədir.

Onun sözlərinə görə, Ermənistan dəmir yolu infrastrukturunun potensial irimiqyaslı istifadəçiləri ona investisiya marağı göstərmir və Ermənistandan yan keçən alternativ marşrutlar axtarırlar. Paşinyan həmçinin Ermənistanla Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasındakı münasibətləri də şərh edib. “Aİİ məsələsinə gəldikdə, mən demişdim ki, problemin mahiyyəti Rusiyanın eksklüziv münasibətlər gözləntisində olmasındadır və biz bununla razı deyilik. Bu və ya digər şəkildə münasibətləri şaxələndirməliyik. İxracla bağlı problemlər həll olunsa belə, bizim gündəliyimiz dəyişməyəcək”, – Baş nazir əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!