Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 10:16

16 yaşlı qızı ərə vermək istədilər, amma…-SALYANDA

Qanun tətbiqdədir, amma hələ də riayət etmək istəməyənlər var. Belə ki, Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən tezadlar.az-a bildirilib ki, məlumat daxil olan kimi dərhal faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!