Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ABŞ hərbçilərinin başına mükafat qoyub. Tezadlar.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi danışıb. O, mükafat məbləğinin 30 min dollar olduğunu bildirib: “Əgər hər hansı İran hərbçisi təcavüzkar bir Amerika hərbçisini tuta və ya öldürə bilsə, 30 min dollarlıq mükafat alacaq”, – deyə komandan qeyd edib. O, həmçinin qadın amerikalı hərbçinin öldürüldüyü və ya əsir götürüldüyü təqdirdə mükafatın ikiqat artırılacağını da söylədi. Hatəminin sözlərinə görə, proqram “çoxlu sayda insanın” maliyyə dəstəyində iştirak etmək istəyini bildirməsindən sonra hazırlanıb.