Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısının “X” sosial şəbəkə hesabında bildirilib.
Paylaşımda, həmçinin qeyd olunub: “20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”.