Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.
“Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib”, – Qanja qeyd edib.
Onun sözlərinə görə, azı 5 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.
Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və arta bilər.