Ermənistanın sabiq prezidenti Robert Köçəryan təhlükəsizlik qüvvələri tərəfindən KQMK-nə aparıldıqdan sonra böyük oğlu Sedrak Köçəryan da saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Tezadlar.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu məlumatı Sputnik Ermənistana təsdiqləyib.
Bu arada, Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Sputnik Ermənistana bildirib ki, keçmiş prezidentin kiçik oğlu, millət vəkili Levon Köçəryanı səhər tezdən axtarışların aparıldığı mənzilindədir.
Daha əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi üzrə istintaq çərçivəsində onlarla ünvanda axtarışların və digər prosedur tədbirlərinin aparıldığını bildirmişdi.
Məlumata görə, vergi orqanları Köçəryanlar ailəsinə məxsus Toyota dilerini möhürləyib.
“Orange Fitness” idman kompleksində də istintaq tədbirləri davam etdirilir.
JASMİN







