İran Parlamentinin sədr müavini Əli Nikzad bildirib ki, ABŞ-nin iqtisadi təzyiqi İran xalqının dolanışığını çətinləşdirərsə, onlar “ABŞ-nin və onunla əməkdaşlıq edən ölkələrin iqtisadi maraqlarını təhlükəyə atacaqlar”.
Tezadlar.az xəbər verir ki, İranın ISNA xəbər agentliyinin məlumatına görə, Nikzad parlament iclasında çıxış edərək ABŞ-ın İrana qarşı iqtisadi təzyiq siyasətinə toxunub.
ABŞ-nin təzyiqinə qarşı geri çəkilməyəcəklərini və ölkənin milli təhlükəsizliyini və maraqlarını “güclə qoruyacaqlarını” bildirən Nikzad deyib: “Xəyalpərəst düşmənlərimiz tam iqtisadi blokadadan danışırlar, amma günahkar Amerika bilməlidir ki, İran xalqı bu cəfəngiyata təslim olmayacaq və düşmənlərini cəzalandıracaq və onların iqtisadi maraqlarını ciddi şəkildə təhlükəyə atacaq”.
İran Parlamentinin sədr müavini əlavə edib: “Əgər İran xalqının dolanışığı və iqtisadiyyatı daha da məhdudlaşdırılarsa, bu xalqın düşmənlərinin və onlarla əməkdaşlıq edən ölkələrin rifah içində yaşamasına icazə verməyəcəyik”.
ELBAR







