ABŞ Suriyanı 1979-cu ildən bəri mövcud olduğu terrorizm sponsorları – dövlətləri siyahısından çıxarıb və Bəşər Əsədin devrilməsinə səbəb olan qrupa qarşı sanksiyaları da ləğv edib.
ABŞ Maliyyə Nazirliyi qərarın Suriyanın siyasi və iqtisadi sabitliyinə töhfə verəcəyini bildirib.
ABŞ Dövlət Departamenti Suriyanı terrorizmin dövlət sponsorları siyahısından, “Hayat Təhrir əş-Şam”ı isə Dövlət və Maliyyə Nazirliyinin terror təşkilatları siyahısından çıxarıb.
“Bu tədbirlər Prezident Əhməd əş-Şaranın rəhbərliyi altında Suriya hökumətinin Suriyanı beynəlxalq terrorizm aktlarından tamamilə təcrid etmək üçün müsbət addımlarını və davamlı öhdəliklərini nəzərə alaraq həyata keçirildi”, – deyə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Marko qeyd edib ki, son bir ildə Suriya hökuməti rəsmi olaraq İŞİD-i məğlub etmək üçün Qlobal Koalisiyaya qoşulub, həmçinin “Əl-Qaidə” və digər silahlı qruplara qarşı antiterror əməliyyatları aparır.
O, məhdudiyyətlərin aradan qaldırılmasının Suriyaya əlavə investisiyaların cəlb olunmasına və ölkənin siyasi və iqtisadi sabitliyinə töhfə verəcəyini bildirib.
Suriya 1979-cu ildən bəri terrorizmin dövlət sponsorları siyahısındadır.
2025-ci ilin iyun ayının sonunda ABŞ prezidenti Donald Tramp 2004-cü ildə ölkəyə qarşı tətbiq edilmiş sanksiyaların ləğvi haqqında sərəncam imzalayıb.
Bir ay əvvəl Tramp Suriyanın müvəqqəti prezidenti, 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsinə səbəb olan “Hayat Təhrir əş-Şam” qrupunun lideri Əhməd əş-Şara ilə görüşüb.
JASMİN







