Əsas məzmuna keç

Yəməndə hökumət qüvvələri ilə Husi üsyançıları arasında toqquşmalar şiddətlənib

Yəmən hökuməti ölkənin cənub-qərbindəki Taiz əyalətində İran tərəfindən dəstəklənən Husilərlə bir neçə cəbhədə şiddətli toqquşmaların baş verdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, rəsmi Yəmən xəbər agentliyi SABA-nın hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Husilər Taiz əyalətində müxtəlif cəbhələrdə sızmalara cəhd ediblər.

Məlumatda hökumət qüvvələri ilə Taizin şimal-şərqindəki Kilaba cəbhəsinə sızmağa cəhd edən Husi üsyançıları arasında şiddətli toqquşmaların baş verdiyi və Taizin əl-Krifat və digər cəbhələrində döyüşlərin şiddətləndiyi bildirilir.

Məlumatda həmçinin Husilərin davam edən toqquşmalarda çoxsaylı itkilər verdiyi və onların bir çox hərbi texnikasının istifadəyə yararsız hala düşdüyü bildirilir.

Hökumət qüvvələri ilə İran tərəfindən dəstəklənən Husilər arasında toqquşmalar ötən ay Marib, əl-Cavf və Taiz də daxil olmaqla bir neçə əyalətdə yenidən başlayıb.

Yəmən 2022-ci ilin aprel ayından bəri nisbətən sakit olsa da, hökumət qüvvələri ilə 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənaya və bəzi əyalətlərə nəzarət edən Husi üsyançıları arasında bəzən toqquşmalar baş verir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…