İran Hörmüz boğazı ilə bağlı Omanla əldə edilən razılaşmanın təfərrüatlarını açıqlayıb. Boğazdakı keçid dəhlizi müvəqqəti olaraq 7 mil enində olacaq. Cənub dəhlizi bağlanacaq.
Tezadlar.az xəbər verir ki, İran həmçinin Trampın “Hörmüz boğazındakı minaları təmizlədik” ifadəsini də təkzib edib.
İran və Oman razılığa gəldilər. Hörmüz boğazında 7 mil enində keçid dəhlizi yaradılıb. Bu barədə açıqlamanı İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi verib. Razılaşmaya əsasən, cənub dəhlizi bağlanacaq. İran rəsmisi yeni marşrutun müvəqqəti olduğunu və Omanla daimi marşrut üçün danışıqların davam edəcəyini bildirib.
Qəribabadi həmçinin Hörmüz boğazının hələ də bağlı olduğunu bildirib. “Biz boğaza nəzarət edirik”, – deyib. O, gəmilərin boğazdan keçməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini qeyd edib. O, boğazın yalnız İran tərəfindən müəyyən edilmiş tənzimləmələr çərçivəsində açılacağını bildirib.
İran rəsmisinin sözlərinə görə, ABŞ boğazın yenidən açılması üçün öhdəliklərini yerinə yetirməlidir. İranın şərtləri bütün cəbhələrdə müharibənin bitməsi, blokadanın qaldırılması və Yəməndəki vəziyyətin həllidir.
İran rəsmisi həmçinin Trampın “Hörmüzdəki minaları təmizlədik” ifadəsini də təkzib etdi. O soruşub: “Əgər minalar təmizlənibsə, niyə ABŞ gəmisi boğazdan keçmir?” O, həmçinin ABŞ-nin mina təmizləyən gəmilərinin bölgəyə daxil olacağı təqdirdə hədəfə alınacağını vurğulayıb. O, Trampın minaların təmizləndiyi barədə açıqlamasının bazarları sakitləşdirmək məqsədi daşıdığını iddia edib.
Digər tərəfdən, danışıqlar dalana dirənsə də, ABŞ və İran arasında vasitəçi Pakistan vasitəsilə mesaj mübadiləsi davam edir. Tehrana səfər edən Pakistanın Ordu Qərargah rəisi Munir vasitəsilə ABŞ-a mesaj göndərilib. Yeni danışıqlara ehtiyac olmadığı vurğulanıb. ABŞ-dan İslamabad razılaşmasına riayət etməsi və Hörmüz boğazının açılması şərtlərini yerinə yetirməsi istənib.
ELBAR







