ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun həyata keçirdiyi iqtisadi və hərbi tədbirlərin səmərəliliyini qeyd edərək, İranla danışıqlar məsələsində tələsmədiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Tramp “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Mənim heç bir zaman çərçivəm yoxdur, mən tələsmirəm”, – o qeyd edib.
Tramp vurğulayıb ki, iqtisadi və hərbi tədbirlər İrana təzyiq kontekstində səmərəlidir.







