ABŞ Dövlət Katibi Marko Rubio Meksikanı qanunsuz immiqrasiya, fentanil ticarəti və narkotik kartelləri ilə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqotun yazılı açıqlamasında Rubionun Vaşinqtonda Meksikanın xarici işlər naziri Roberto Velasko Alvarezlə görüşdüyü bildirilir.
Məlumatda qeyd olunur ki, Rubio qanunsuz immiqrasiyaya son qoymaq, fentanil və digər qanunsuz narkotiklərin ABŞ-a daxil olmasının qarşısını almaq, xarici terror təşkilatlarını və kartellərini dağıtmaq və tərksilah etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.
ELBAR







