Əsas məzmuna keç

Tramp: Venesuela ilə dünya tarixində ən böyük neft sazişi imzaladıq

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə “dünya tarixində ən böyük neft sazişi”nə çatdıqlarını və Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük bir hissəsinə nəzarəti ələ keçirdiklərini bildirib.

Tezadlar.az xəbər verir ki, sosial media hesabındakı açıqlamada Tramp ABŞ Dövlət Katibi Marko Rubio və Müdafiə Katibi Pete Hegseth-in bu məsələdə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.

Tramp ABŞ-nin özəl sektorla tərəfdaşlıq yolu ilə Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatının böyük bir hissəsinə nəzarəti ələ keçirdiyini bildirib və deyib: “Biz indicə Venesuela ilə dünya tarixində ən böyük neft sazişi imzaladıq!”

Tramp iddia edib ki, bu saziş ABŞ-nin neft ehtiyatlarını ikiqat artıracaq və ölkənin neft tədarükünü əhəmiyyətli dərəcədə gücləndirəcək.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…