Əsas məzmuna keç

Xəstəxana anbarından 15 milyonluq dərman yoxa çıxıb: Məsul şəxs həbs edildi

Adanada Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasının radiologiya şöbəsinin anbar müdiri Cengiz Saylık bazar dəyəri təxminən 15 milyon lirə olan dərmanları oğurlamaqda şübhəli bilinərək həbs edilib.

Tezadlar.az xəbər verir ki, Sarıçam rayonundakı Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasının radiologiya şöbəsinin anbar müdiri Cengiz Saylık illik məzuniyyətə çıxdığı zaman S.A.B. ilə əvəz olunub.

S.A.B.  anbarda inventarlaşdırma apararkən, bazar dəyəri təxminən 15 milyon lirə olan bəzi dərmanların olmadığını aşkar edib. S.A.B.-nin hesabatından sonra xəstəxana rəhbərliyi araşdırma başladıb.

Anbar müdiri Cengiz Saylıkla əlaqə saxlaya bilməyən rəhbərlik polisə məlumat verib.

Polis qrupları Cengiz Saylıkı nəzarətə götürüb. Polis bölməsinə aparılan Cengiz Saylık dindirilmə zamanı bildirib ki, “Borclarım var idi. Borclu olduğum insanlar məni hədələdilər. Buna görə də anbardan 2 milyon lirə dəyərində dərman götürüb satdım. Qalan dərmanlar barədə heç bir məlumatım yoxdur”.

Polis bölməsindəki prosedurlardan sonra Cengiz Saylık məhkəməyə göndərilib və daha sonra məhkəmə tərəfindən həbs edilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…