Əsas məzmuna keç

Şimali Kiprdə bərə qəzası: 23 nəfər itkin düşüb

Aralıq dənizinin Şimali Kipr sahillərində bərənin qəzaya uğraması nəticəsində 23 nəfər hələ də itkin düşmüş hesab olunur. Dalğıclar sağ qalanların axtarışına cəlb olunub və dərin sularda axtarış aparan qruplara qoşulublar.

Tezadlar.az xəbər verir ki, bazar günü Girnedən Mersinə hərəkət edən və göyərtəsində 267 sərnişin olan bərənin batması nəticəsində səkkiz nəfər ölüb. Araşdırmaya başlanılıb, artıq səkkiz nəfər saxlanılıb.

Şimali Kiprin Baş naziri Ünal Üstelin sözlərinə görə, hadisənin bütün məqamları araşdırılacaq. “Ən kiçik səhlənkarlıq belə aşkar olunarsa, təqsirkarlar və məsul şəxslər cəzasız qalmayacaqlar”, – deyə o qeyd edib.

Hakimiyyət orqanları gəminin kapitanını və heyət üzvlərini dindirmək üçün saxlayıb.

Şimali Kiprdə üçgünlük matəm elan olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…