Sumqayıtda atası tərəfindın bıçaqlanan oğlanın vəziyyəti açıqlanıb.
Tezadlar.az xəbər verir ki, TƏBİB-dən yerli bürosuna bildirilib ki, 1998-ci il təvəllüdlü şəxs (kişi) 30.08.2026-cı il tarixində saat 20:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki,, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğlu, 28 yaşlı T.Novruzova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı N.Novruzov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Nadir Novruzov ilə oğlu, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov arasında mübahisə yaranıb.
Mübahisə zamanı atanın bıçaqla oğluna xəsarət yetirdiyi bildirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.







