Əsas məzmuna keç

Pakistanın təhlükəsizlik qüvvələri itki verib

Pakistanın Bəlucistan əyalətində sentyabrın 1-nə keçən gecə gömrük binasına hücum baş verib, nəticədə təhlükəsizlik qüvvələrinin və gömrük xidmətinin 6 əməkdaşı həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Qurumlararası İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) bəyanatında bildirilib.

Məlumata görə, hücum Çaqay dairəsinin Nokçe rayonunda baş verib.

Bəyanata əsasən, Nokçedə və Pişin dairəsinin Ziarat-Kross ərazisindəki toqquşmalar zamanı daha 11 yaraqlı öldürülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…