Əsas məzmuna keç

İran ABŞ aviabazasına PUA-larla hücum etdi

İran ordusu Bəhreynin “Şeyx İsa” aviabazasındakı radar qurğularına və ABŞ qüvvələrinin yerləşdiyi iddia edilən ərazilərə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini açıqlayıb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, İran tərəfi ordunun növbəti ABŞ təhdidlərinə genişmiqyaslı cavab verəcəyini bildirərək bu hücumu “Göy gurultusu” əməliyyatının 29-cu mərhələsinin bir hissəsi olduğunu açıqlayıb.

Qeyd edək ki, “Şeyx İsa” aviabazası Bəhreynin cənubunda, Körfəz sahilində yerləşən strateji hərbi aerodromdur. Bu aviabaza ABŞ Silahlı Qüvvələrinə, xüsusilə Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına və Hərbi Hava Qüvvələrinə xidmət göstərir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…