Əsas məzmuna keç

Azərbaycanda 2020-ci ilin noyabr ayından minatəmizləməyə 590 milyon dollar ayırıb və…

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov IV Beynəlxalq Mina Fəaliyyəti Konfransının açılışında deyib ki, mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. O, bildirib ki, builki konfransın mövzusu Azərbaycanın təcrübəsini birbaşa əks etdirir: “Ölkəmizin işğaldan azad edilmiş ərazilərində şəhərlərin bərpası tikinti işlərindən yox, ilk növbədə ərazilərin təhlükəsizliyinin təmin edilməsindən başlayır. Ailələr öz evinə qayıtmazdan əvvəl yaşayış məntəqəsi, ora aparan yollar, su və enerji xətləri, eləcə də həmin ərazinin ətrafındakı torpaqlar mina və digər partlayıcı sursat təhlükəsindən təmizlənməlidir. Məhz buna görə də humanitar minatəmizləmə bərpa prosesinin başlanğıc mərhələsini təşkil edir. Azərbaycan bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır, eyni zamanda digər ölkələrin təcrübəsini öyrənmək üçün bu platformanı təşkil edir. Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. Çirklənmiş ərazilərdən təhlükəsiz və dayanıqlı bərpaya keçidi təmin etmək üçün beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiyalar və güclü milli təşəbbüskarlıq zəruridir”.

Vüqar Süleymanov 2020-ci ilin noyabr ayından etibarən Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə təxminən 590 milyon ABŞ dolları vəsait ayrıldığını bildirib. Sitat: “Təəssüf ki, bu məbləğin yalnız təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin olunub, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən qarşılanıb. Bu, dövlətimizin təhlükəsiz qayıdışın, yenidənqurma və bərpa prosesinin təmin edilməsinə sadiqliyini açıq şəkildə nümayiş etdirir”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…