Əsas məzmuna keç

“Əgər onlar qisas alsalar, daha ağır zərbə alacaqlar…”

ABŞ-nin hava zərbələri ilə bağlı yeni məlumatlar var…
– ABŞ-ın hava zərbəsi Kerman vilayətinin Ciroft şəhərindəki hava limanının radarını hədəfə alıb.
– Sirik şəhərində Kəşfiyyat Nazirliyinin binasına ABŞ tərəfindən zərbə endirilib.
– Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus yanacaqdaşıyan təyyarələrin izləmə məlumatlarının ötürülməsini dayandırıb.
– Şiraz Beynəlxalq Hava Limanını fəaliyyətini dayandırıb.
– Bir neçə şəhərdən ərəb ölkələri istiqamətində raketlər buraxılıb.
– Dövlət televiziyası Əssəluye şəhərinin bir neçə dəqiqə əvvəl bombalandığını açıqlayıb.
– İnqilab Keşikçiləri Korpusunun iddiasına görə, ABŞ-a məxsus bir pilotsuz uçuş aparatı Xomeyn şəhərinin səmasında vurularaq məhv edilib.
ABŞ Prezidenti Tramp:
“Əgər onlar qisas alsalar, daha ağır zərbə alacaqlar. Əgər bunu yenidən etsələr, artıq vurulmayacaqlar.
Dayanmırlar. Onlar dəlidirlər və axmaqdırlar.
Radarlarını yenidən qurmağa çalışdılar, çünki heç nə görə bilmirlər. Biz onun demək olar ki, tikilməsini gözlədik və sonra vurduq.
Düşünürəm ki, onlarla razılaşma yazılan kağıza dəyməz. Biz onlara çoxlu şans verdik”.
İran isə artıq cavab atəşi açıb. Deməli hələlik atəşkəs olmayacaq.
Ədalət Verdiyev,
Hərbi ekspert
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…