İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
O, İsrail hərbi personalı ilə görüşüb və həmçinin İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüş keçirib.
“Biz zolağın 60%-nə nəzarət edirik və daha çoxuna nəzarət edəcəyik, çünki bizi təhdid edən terrorçuları məhv edirik və bunu hər gün edirik”, – Netanyahu deyib.
Netanyahu HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbərinin Qəzzada əsir götürüldüyünü təsdiqləyib.
O, əlavə edib ki, İsrail qüvvələri bir gün əvvəl HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbərini əsir götürüblər. Baş nazir ümid etdiyini bildirib ki, bu, orduya yeni məlumatlar öyrənməyə imkan verəcək.
Netanyahunun sözlərinə görə, qoşunlar HƏMAS-ı tərksilah etmək və Qəzzanı silahsızlaşdırmaq üçün əlindən gələni edir.
Daha əvvəl 200-dən çox keçmiş yüksək vəzifəli İsrail rəsmisi, hərbi qulluqçusu və digər nümayəndələrin İsrailin Baş naziri Benyamin Netanyahuya “eşidilməmiş” bir çağırışla məktub imzaladığı bildirilirdi. Onlar İsrail baş nazirini “yəhudi terrorizmi” və “etnik təmizləmə”ni dayandırmağa çağırıblar.
ELBAR







