Əsas məzmuna keç

“Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik”

Zelenski Putinə səsləndi: “Ukrayna bu gün, sabah və bazar ertəsi günü də daxil olmaqla, Moskvaya hücum etməmək öhdəliyini üzərinə götürməyə hazırdır və Rusiyadan da eyni münasibəti gözləyir”. Tezadlar.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O, Moskvada səfərdə olan ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdığını və Ukraynanın danışıqlar prosesinə daxil edilən şəhərlərə hücum etməməyə hazır olduğunu bildirib.

“Kiyevdə sabah ABŞ nümayəndə heyətinin iştirakı ilə keçiriləcək diplomatik görüşlər planı təsdiqlənib. Biz Stiv Uitkoff və Cared Kuşneri gözləyirik və məzmunlu bir söhbətə hazırıq”,- Zelenski qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…