Əsas məzmuna keç

Putindən Zelenskiyə atəşkəs cavabı: üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verdi!

Rusiya prezidenti Vladimir Putin gecə yarısından başlayaraq üç gün ərzində Kiyevə zərbə endirməməyi əmr edib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, zərbələrin müvəqqəti dayandırılması Ukrayna paytaxtında amerikalı danışıqçılar Stif Uitkoff və Cared Kuşnerlə görüşlərə hazırlıq və keçirilməsi ilə əlaqədardır. Peskov Rusiya prezidentinin bu gün hər iki nümayəndəni qəbul edəcəyini də söyləyib.

Qeyd edək ki, Ukrayna 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək atəşkəs elan edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…