Şimali Kiprin sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel bildirib.
Onun sözlərinə görə, xilasedicilər 55-60 yaşlarında kişinin cəsədini aşkarlayıblar. Hazırda mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Kipr sahillərində sərnişin gəmisinin batması nəticəsində xilasetmə əməliyyatı davam etdirilir.







