…Metronun 28 May və Nizami stansiyaları arasında hərəkətin dayandırılması şəhər yollarında nəqliyyat sıxlığını daha da artırıb. Nəzərə alsaq ki, sentyabrın 15-dən məktəblər və universitetlər fəaliyyətə başlayacaq, onda bu vəziyyətin nə qədər gərginləşəcəyini təsəvvür etmək çətin deyil.
Dövlət tərəfindən, Bakı şəhərində yolların və küçələrin genişləndirilməsi üçün çox böyük miqyasda işlər görülsə də sıxlıq azalmır. Metro stansiyalarının təmirə bağlanması ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 6-7 birbaşa avtobus marşrutları açılsa da, bu vəziyyəti yüngülləşdirmir və bu avtobuslar da tıxaclarda ilişib qalır. Bəs nə etməli? Bu sual məmurdan vətəndaşa qədər hamını düşündürür.
Bir vətəndaş kimi mənim təklifim aşağıdakı kimidir:
1. İctimai nəqliyyatın (avtobusların) sərbəst hərəkətini təmin etmək üçün küçələrdə yolun neçə cərgə olmasından asılı olmayaraq “avtobus yollarını” ayırmalı (hətta iki cərgəli yolun birini);
2. Küçələrdə bir cərgəni tutan “velosipet yolları”nı küçələrdən yığışdırıb səkilərə keçirmək;
3. Avtobusların hərəkət intervalını maksimum azaltmaq.
4. Küçələrdə minik maşınlarının avtobusları deyil, abtobusların minik avtomobillərini sıxışdırmasına şərait yaratmaq.
4-cü təklif nə verəcək?
1. Vətəndaşlarımız avtobuslarla mənzil başına daha tez, rahat, təklükəsiz və daha az vəsait xərcləməklə çaracaq.
2. Şəxsi abtomobillərindən istifadə edən vətəndaşlarımız saatlarla sıxlıqda qalmaqdansa avtobuslardan istifədə etməyə üstünlük verəcək.
NƏTİCƏDƏ:
Küçələrdə fərdi minik abtomobillərinin sayı azalacaq və küçələrdə aşırı dərəcədə nəqliyyat sıxlıq olmayacaq.
Qəni QASIMOV






