Avropa Komissiyası hələlik Ermənistanla vizasız səyahətin tətbiqi üçün konkret bir zaman cədvəli təqdim etməyə hazır deyil.
Ermənistan KİV-nin məlumatına görə, bunu Avropa Komissiyasının sözçüsü Paula Pinyo bunu Brüsseldə keçirilən brifinqdə bildirib.
Viza liberallaşdırılmasının 2029-cu ilə qədər gözlənilə biləcəyi ilə bağlı suala cavab olaraq Pinyo qeyd edib ki, konkret bir tarix söyləmək hələ tezdir.
“Viza liberallaşdırılmasının anı 2029-cu il və ya başqa bir tarixin olacağını proqnozlaşdırmaq üçün hələ çox tezdirmi? Deyərdim ki, elədir ki, var, həm də dəqiq demək üçün də hələ çox tezdir”, – deyə o bildirib.
Ermənistan hökumət rəsmiləri əvvəllər Aİ ilə vizasız səyahətin tətbiqi üçün mümkün tarixləri açıqlamışdılar. Əvvəlcə onlar 2028-ci ili, daha sonra isə 2029-cu ili müzakirə ediblər.
Ermənistan və Avropa İttifaqı arasında viza liberallaşdırılması dialoqu 2024-cü ilin sentyabrında başlayıb.
2026-cı ildə Avropa Komissiyası Yerevana Viza Liberallaşdırılması Fəaliyyət Planını (VLAP) təqdim etdi.
JASMİN







