Əsas məzmuna keç

ABŞ və İran arasında “qadağan olunmuş zona” ilə bağlı gərginlik artır

İran və ABŞ arasında gərginlik Hörmüz boğazında “qadağan olunmuş zona” elan edilməsi ilə yenidən artıb. Altı ay davam edən münaqişədən sonra Tehran administrasiyası Fars körfəzindən Hörmüz boğazına qədər uzanan yeni məhdud dəniz zonası yaradacağını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi dövlət televiziyasında ABŞ-nin təxribat, təhdid və hücumlarını dayandırmadığı təqdirdə Hörmüz boğazının tam şəkildə nəqliyyata açılmayacağını bildirib.

Rzayi əlavə edib ki, təyin olunmuş məhdud zonaya daxil olan gəmilər sanksiya siyahısına daxil olacaq.

Qarşılıqlı cavablar neft qiymətlərini artırır

Həftəsonu iki ölkə arasında qarşılıqlı raket və hava hücumları olub. İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) ABŞ hərbi gəmilərinə ballistik raketlər atmasından sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hark adası sahillərində biri olan üç İran neft tankerini vurduğunu açıqlayıb.

Qarşılıqlı zərbələr neft qiymətlərini kəskin şəkildə artırıb. ABŞ tərəfi raketlərin gəmilərə dəymədiyini və dəf edildiyini iddia etsə də, toqquşmalardan sonra neftin qiyməti barel üçün 93 dollara yüksəlib.

Hörmüz boğazında gəmi trafiki may ayından bəri ən aşağı səviyyəyə düşüb.

Vaşinqton pilotsuz gəmi iddiasını təkzib edir

Tehran administrasiyası Hörmüz boğazında ABŞ-nin pilotsuz hərbi dəniz gəmisini uğurla vurduğunu iddia edib.

Vaşinqton administrasiyası bu iddiaları qəti şəkildə rədd edərək xəbəri “tamamilə yalan” adlandırıb.

Rzayi sosial media paylaşımında ABŞ-a qarşı həm hərbi, həm də iqtisadi müharibə aparacaqlarını bildirərək deyib: “İqtisadi müharibəyə Fars körfəzi boyunca dəniz saxlama zonası yaratmaqla cavab veriləcək. ABŞ hərbi gəmiləri və bazalarına qarşı əməliyyat mövqeyimiz kökündən dəyişib.”

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…