İran Prezidenti Məsud Pezeşkian ölkənin “təcavüzkarlar tam tövbə edənə” qədər ABŞ və İsrail ilə qarşıdurmanı davam etdirməyə hazır olduğunu bəyan edib.
Tezadlar.az xəbər verir ki, o, bunu sosial media platformasındakı X səhifəsində yazıb.
“İran təcavüzkarlar tam tövbə edənə qədər bu müqaviməti ikiqat güclə davam etdirəcək”, – deyə o bildirib.
Pezeşkian vurğulayıb ki, İslam Respublikası münaqişə axtarmır və əvvəllər hərbi qarşıdurmaya qarşı çıxıb. Onun sözlərinə görə, Tehran İran xalqının maraqlarını qorumağı və regional təhlükəsizliyi təmin etməyi özünün əsas prioriteti hesab edir.
Daha əvvəl bildirilirdi ki, İran Yaxın Şərqdəki ABŞ bazalarına zərbələrində daha inamlı olub və ehtimal ki, münaqişəni bir neçə ay davam etdirmək niyyətindədir. ABŞ kəşfiyyatının məlumatına görə, Vaşinqton və Tehran arasında yaxın gələcəkdə hər hansı bir razılığa gəlmək çətin olacaq.
ELBAR







