Əsas məzmuna keç

Müdafiə təşəbbüsünün uğursuzluğu Kallasın mövqeyinə zərbə vurdu

AB-nin xarici işlər naziri Kaja Kallas müdafiə qrupu yaratmaq cəhdində AB ölkələrinin müqaviməti ilə qarşılaşıb.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, keçmiş AB siyasi və hərbi liderlərinin iştirak etdiyi “yüksək səviyyəli” qrupun ləğvi AB-nin baş diplomatının mövqeyinə zərbə vurub.

Sentyabrın əvvəlində Kallas Avropanın hərbi imkanlarındakı boşluqları aradan qaldırmaq üçün bir qrup yaratmağı təklif edib. Lakin, “Politico”ya görə, bir neçə ölkə onu təşəbbüsü ləğv etməyə məcbur edib.

“Qrupun planlaşdırılan fəaliyyətə başlamasından 48 saatdan az müddət əvvəl elan edilən ləğv, artıq Avropa Komissarı Ursula fon der Leyen ilə güc mübarizəsi aparan blokun baş diplomatına daha bir zərbədir”, – nəşr qeyd edir.

Təşəbbüs Kallasın milli hökumətlərlə münasibətlərini gərginləşdirib. Media orqanları əvvəllər onunla Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen arasında təsir uğrunda mübarizənin açıq mərhələyə qədəm qoyduğunu bildiriblər.

“Vzglyad” qəzeti xəbər verir ki, Aİ-nin xarici işlər naziri Kaja Kallas bir neçə ölkənin narazılığına görə müdafiə üzrə yüksək səviyyəli qrupun yaradılmasını ləğv edib.

Bir neçə gün əvvəl o, Aİ-nin xarici xidmətində islahatlar aparmaq üçün Fransa və Almaniyanın təşəbbüsünü rədd etmişdi.

Avropa ölkələri bu agentliyin aşağı effektivliyinə görə əsaslı şəkildə yenidən qurulması ehtimalını müzakirə edirlər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…