8 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin 1080 gün tədavül müddətli kuponlu dövlət istiqrazlarının hərracı keçirilib.
Tezadlar.az xəbər verir ki, hərrac zamanı investorlar tərəfindən ümumi nominal məbləği 393 milyon 523,9 min manat olan 47 sifariş təqdim edilib. Beləliklə, sifarişlərin həcmi 200 milyon manatlıq buraxılış həcmindən təxminən 2 dəfə çox olub.
Hərracın nəticələrinə əsasən, istiqrazlar üzrə reallaşdırılmış həcm 119 milyon 408,9 min manat təşkil edib. Hərracda 21 investor iştirak edib.
İstiqrazların nominal dəyəri 100 manat, illik kupon faiz dərəcəsi isə 7% müəyyən edilib.
Kəsmə qiyməti 99,3366 manat, buna uyğun gəlirlilik 7,2500%, ortaçəkili qiymət isə 99,4475 manat, orta gəlirlilik 7,2080% təşkil edib.
Hərracda istiqrazlar üzrə minimal qiymət 95,3429 manat və ya 8,7999% gəlirliliklə, maksimal qiymət isə 100 manat və ya 7% gəlirliliklə təqdim olunub.
İstiqrazların ödəniş tarixi 8 sentyabr 2029-cu ildir.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.







