İsrail ordusu Qəzza zolağında bir evi bombaladıqda eyni ailənin dörd üzvü həlak olub.
Tezadlar.az xəbər verir ki, Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzzanın şimalındakı Beyt Lahiyadakı bir evi bombalayıb.
Hücumda eyni ailənin dörd üzvü həyatını itirib.
İnsanların dağıntılar altında qaldığı bildirilir.
İsrail ordusu Qəzzaya qurudan və dənizdən hücum etməyə davam edir
Bu vaxt İsrail ordusu Qəzza şəhərinin şərqindəki əraziləri artilleriya atəşi ilə hədəf alıb.
İsrail donanması həmçinin Qəzzanın cənubundakı Xan Yunis şəhərinə, eləcə də mərkəzi və şərq bölgələrinə zərbələr endirib.
10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs razılaşması əldə edilməsinə baxmayaraq, İsrail ordusu hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyinin son açıqlamasına görə, həmin tarixdən bəri İsrailin Qəzzaya hücumlarında 1358 fələstinli həyatını itirib, 4541 nəfər yaralanıb.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzaya hücumları nəticəsində 73 mindən çox fələstinli həlak olub, 174 mindən çoxu yaralanıb.
ELBAR







