Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkinlə Türkiyəyə yollanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Qalkin paylaşım edib. Puqaçova İstanbula ilk səfərinin olduğunu bildirib. Qalkin bundan təəccübünü gizlədə bilməyib.
Puqaçova İstanbulu çox bəyəndiyini söyləyib.
Qeyd edək ki, 2022-ci ildə Puqaçova və Qalkin əkiz övladları Liza və Harri ilə birlikdə İsrailə köçüblər. Daha sonra İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması səbəbindən ailə Kiprə yerləşib.







